Qazaxıstan vә Türkiyә әmәkdaşlıq protokolu imzalayıb

Qazaxıstan vә Türkiyә әmәkdaşlıq protokolu imzalayıb

Qazaxıstan hökuməti Türkiyə ilə hərbi kəşfiyyat sahəsində əməkdaşlıq protokolu imzalayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barәdә Qazaxıstan hökumәti mәlumat yayıb. Mәlumatda mayın 10-da Türkiyə ilə hərbi kəşfiyyat sahəsində əməkdaşlıq haqqında imzalanmış protokolun təsdiq edildiyi bildirilib.

Mәlumatda deyilir: “Müvafiq protokol çərçivəsində tərəflər hərbi kəşfiyyat məlumatlarının mübadiləsi və cari məsələlərlə bağlı ekspert qiymətləndirmələri, Qazaxıstan və Türkiyənin təhlükəsizliyinə təhdid yaradan hərbi və siyasi vəziyyətlə bağlı hadisələrin monitorinqi kimi sahələrdə əməkdaşlıq edəcəklər. Tərəflər beynəlxalq terror təşkilatları və digər təşkilatlar haqqında qarşılıqlı məlumat mübadiləsi sahәlәrindә dә әmәkdaşlıq edәcәk’’.

Bütün xəbərlər Facebook səhifəmizdə