Pulunu çıxarmaq istəyən müştəri işçiləri girov götürüb

Pulunu çıxarmaq istəyən müştəri işçiləri girov götürüb

Livanın paytaxtının Hamra məhəlləsindəki bank şöbəsindən silah səsləri eşidilib, bəzi müştərilərin qapı bağlanana kimi qaça bildiyi bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Livanın paytaxtı Beyrutda Livan Federal Bankına qoyduğu pulları geri çəkmək istəyən silahlı şəxs bankdakıları girov götürüb.

Livan bankları ölkədəki iqtisadi böhran səbəbindən nağd pul çıxarılmasına məhdudiyyətlər qoyub. Nəticədə əhalinin dörddə üçü dolanmaqda çətinlik çəkir.

Təhlükəsizlik qüvvələri şəhərin qərbindəki Hamra məhəlləsindəki bank şöbəsinə silahla girdiklərini bildirib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə