Portuqaliyada yanğın milli parkın bir hissəsini məhv edib

Portuqaliyada yanğın milli parkın bir hissəsini məhv edib

Portuqaliyanın Serra de Estrela milli parkında 5 gündür davam edən meşə yanğınlarını nəzarət altına almaq mümkün olmur.

SİA APA-ya istinadən xəbər verir ki, dağlıq zonada yerləşən milli parkda yanğını söndürmək üçün mindən çox şəxsi heyət və texnika səfərbər olunub.

İlkin məlumata görə yanğın 3 min hektardan çox ərazini məhv edib, 4 yanğınsöndürıənin xəsarət almasına səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə