Cənubi Koreyada yağışlar ölümcül daşqınlara səbəb olub

Cənubi Koreyanın paytaxtı Seulda daşqın nəticəsində 9 nəfər ölüb, 6 nəfər itkin düşüb.

Bildirilir ki bu, Koreyada son 115 ildə baş vermiş ən güclü daşqındır.

Təbii fəlakət nəticəsində səhər saatlarında metro stansiyalarını su basıb, küçələrin çoxunda hərəkət dayanıb. Həlak olanların zirzəmilərdə yaşayan insanlar olduqları bildirilir.

SİA-nın əldə etdiyi məlumata görə, xilasedicilər əhalinin təhlükəsiz ərazilərə təxliyəsinə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə