Avropa İttifaqının ali nümayəndəsi Belarusa 3 milyard avro vəd edib

Avropa İttifaqı demokratiyaya keçid olan kimi Belarusa qarşı tətbiq etdiyi sanksiyaları ləğv edəcək və bu ölkəyə 3 milyard avroluq iqtisadi dəstək planını işə salacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell bəyan edib.

Borrel xatırladıb ki,Avropa İttifaqı müttəfiqləri ilə birlikdə müxalifətə təzyiq göstərmək, eləcə də sərhəddə qaçqın böhranını təşkil etmək, “Ryanair” təyyarəsinin məcburi enişi və Rusiyanın Ukraynadakı hərbi əməliyyatında iştirakına görə Belarusun hüquqi və fiziki şəxslərinə qarşı altı sanksiya paketi tətbiq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...