...Ukraynadakı münaqişənin bitmə vaxtını proqnozlaşdırmaq mümkün olmadığını deyən NATO-nun baş katibi Yens Stoltenberq, buna baxmayaraq, “nə qədər lazım olursa olsun, Kiyevi dəstəkləmək lazımdır” olduğunu bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, NATO-nun baş katibi ilə müsahibə “Vijesti” qəzetində yer alıb.
Müsahibdə Stoltenberq bildirib ki, nə münaqişənin bitmə vaxtını, nə də onun uzunmüddətli nəticələrini proqnozlaşdırmaq mümkün deyil, lakin “davam etmək vacibdir. Nə qədər lazım olursa olsun, Ukraynanı dəstəkləmək lazımdır”.
O, əlavə edib ki, Ukraynaya verilən bütün hərbi, iqtisadi və humanitar dəstəyin “bahası var”, lakin Ukraynaya dəstəyin geri çəkilməsi “daha baha başa gələcək”.
Yeri gəlmişkən, Stoltenberq Kiyevə edilən dəstəyin Avropanın öz təhlükəsizlik maraqlarına uyğun olduğunu da gizlətməyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB