...Bu arada Krım tatar xalq Məclisinin sədri Refat Çubarov ötən günkü partlayışlardan sonra ruslara yarımadanı tərk etməyi tövsiyə edib.
“Rusiya tərəfindən işğal olunmuş Krımda qeyri-qanuni olaraq yaşayan və ya məskunlaşan Rusiya vətəndaşları! İndicə siz ilk "zəng"i aldınız ki, Rusiya tərəfindən işğal olunmuş Krımın ərazisini dərhal tərk edin”, - o yazıb və Krımdakı Rusiya aviabazasında baş verən partlayışlara da toxunub.
Qeyd edək ki, Çubarov rusların işğal olunmuş Krımda qalmasının qanunsuz və cinayət olduğunu bildirib.
Xatırladaq ki, çərşənbə axşamı, avqustun 9-da Krımda, Saki şəhəri yaxınlığındakı hərbi aerodrom ərazisində partlayışlar baş verib ki, bu da sonradan yanğına səbəb olub.
Hadisə yerində maddi zoiyanla yanaşı, xeyli sayda ölən və yaralanların da olduğu iddia edilir. Qeyd edək ki, qarşı tərəf, yəni ruslar bütün bunları gizlətməyə çalışırlar. Hətta partlayış yerinidə - 5 kilometr radiusda hasarlar da quraşdırılıb. Deyilənlərə görə, rusların təhlükəsizlik qüvvələri həmin yerdə qaravul çəkirlər.
Hadisənin baş vediyi Saki şəhərindən 5 kilometr aralıda yerləşən Novofedorovkada aerodroma yaxın evlərin sakinlərinin təxliyə edildiyi də bildirilir.
Ehtimallara görə, Ukrayna ərazilərini bombalayan təyyarələr əsasən bu aviabazadan uçurmuş.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB