Nikolun “güzəştləri” heç nə ilə əsaslandırılmır

Bunu Ermənistanda özünü müxalifət sayan “Hayastan” bloku iddia edir
Nikolun “güzəştləri” heç nə ilə əsaslandırılmır

Bu gün erməni müxalifəti yalnız Ermənistanın indiki hakimiyyətinin devrilməsi ilə yeni itkilərin qarşısını almaq və real sülhə nail olmaq mümkünlüyünü iddia edir.

Onların iddiasına görə, Ermənistanın hazırkı hakimiyyətinin Azərbaycana etdiyi “güzəştlər” heç nə ilə əsaslandırılmır.

Guya “bu güzəştlər”i 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla izah etmək olmaz

SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Hayastan” müxalifət blokunun bəyanatında deyilir.

Müxalifət blokunun bəyanatında qeyd olunur ki, Azərbaycanın “cinayətkar təcavüzü” və Ermənistan hakimiyyətinin məğlubiyyətpərəst siyasəti yeni yaşayış məntəqələrinin təslim olmasına gətirib çıxarır. Bu arada Ermənistan hakimiyyəti ərazilərin təhvil verilməsi üçün müəyyən edilmiş tarix - 25 avqust barədə belə şərh verməyib.

Müxalifətin fikrincə, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda heç bir şəkildə yaşayış məntəqələrinin yol tikintisi üçün təhvil verilməsi nəzərdə tutulmur və yeni yolun Laçın, və Zabux yaşayış məntəqələrindən yan keçməsi ilə bağlı müddəalar yoxdur.

Erməni saytlarının verdiyi məlumata görə, bu qəsəbələrin sakinləri avqustun 25-dək təxliyyə olunacaqlar. Bəzi məlumatlara görə, “mülki müdafiə tədbirləri çərçivəsində” sakinlərin təxliyyə edildiyi rəsmən bildirilsə də, ərazilər Azərbaycana verilməlidir.

Təbii ki, başqasının bədbəxtliyi üzərində öz xoşbəxtliklərini qurmaq istəyənlərin sonrakı aqibəti həmişə belə olur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə