Bayden Çindən Tayvanla bağlı radikal addımlar gözləmir

ABŞ prezidenti Cozef Bayden ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin səfəri fonunda Pekindən Tayvanla bağlı əlavə addımlar gözləmədiyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri TASS yayıb.

“...Mən onların daha heç nə edəcəklərini düşünmürəm".

Bunu Bayden jurnalistlərə deyib.

Maraqlıdır ki, ABŞ prezidenti Çinin Pelosinin səfərinə cavab olaraq atdığı addımlardan narahat olduğunu dilə gətirsə də, amma qarşı tərəfin atacağı hər hansı bir addəmdan təşvişə düşmədiyini də qeyd edib.

Bununla yanaşı, Bayden səfərlə bağlı heç bir açıqlama vermədiyini, qərarın Pelosinin özü tərəfindən verildiyini bildirib.

Qeyd edək ki, daha əvvəl Şərqi Döyüş Komandanlığı məlumat vermişdi ki, Çin Xalq Azadlıq Ordusu bazar ertəsi Tayvan ətrafında təlimləri davam etdirib. Birgə sualtı qayıq əleyhinə və amfibiya hücum əməliyyatlarının inkişafına prioritet diqqət yetirilir.

Avqustun 4-də Çin ordusu Tayvan ətrafındakı altı ərazidə genişmiqyaslı canlı atəş təlimlərinə başlayıb.

Yeri gəlmişkən bildirək ki, Tayvan boğazı malların daşınması üçün son dərəcə vacibdir. Bundan əvvəl, Çin Xalq Azadlıq Ordusu təlimləri ilə əlaqədar olaraq, bir sıra gəmi sahibləri Çin Xalq Azadlıq Ordusunın manevr zonasına yaxın olduğu üçün gəmilərinin boğaza girməsini və ya Tayvanın cənubundakı Kaohsiung limanına yaxınlaşmasını qadağan etmişdi.
Ağasəf Babayev

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə