ABŞ və Hindistan hərbi təlim keçirəcək

ABŞ və Hindistan hərbi təlim keçirəcək

ABŞ silahlı qüvvələri oktyabrda Hindistanın Uttarxund əyalətində keçiriləcək birgə hərbi təlimlərdə iştirak edəcək.

SİA Trend-ə istinadən xəbər verir ki, əyalət Hindistan və Çin sərhədinin keçdiyi mübahisəli ərazinin yaxınlığında yerləşir.

Təlimlər 3 min metr yüksəklikdə keçiriləcək.

Pentaqondan bildirib ki, ABŞ-ın Hindistanla tərəfdaşlığı ölkənin Hind-Sakit Okean regionunun azad və açıq olması haqqında ümumi siyasi baxışının ən mühüm elementlərindən biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə