Türkiyənin taxıl tədarükündə heç bir problem yoxdur

Türkiyənin taxıl tədarükündə heç bir problem yoxdur

Hazırda Türkiyənin taxıl ehtiyatları yerli və milli məhsullardan ibarət olmaqla 4 milyon tona yaxındır. Bizim daxili ehtiyaclarımız üçün məhsul tədarükündə heç bir problemimiz yoxdur. Bu mövsümdə 19,5-20 milyon ton buğda istehsalını proqnozlaşdırırıq. Biz öz ehtiyaclarımızı daxili tədarük hesabına qarşılayacağıq.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişci taxıl yığımı ilə bağlı ölkədəki vəziyyəti şərh edərkən söyləyib.

Nazir bildirib ki, bir ton buğdanı tədarükçüdən 7450 lirəyə (təqribən 440 ABŞ dolları) alan hökumət həmin taxılı un və un məhsulları sənayesinə 4500 lirədən (təqribən 260 ABŞ dolları) paylamaqla təsərrüfatlara və əhaliyə tam dəstək verir.

Bütün xəbərlər Facebook səhifəmizdə