Qərb Ukrayna üçün neytral statusu təmin etməlidir..?

Qərb Ukrayna üçün neytral statusu təmin etməlidir..?

Qərb Ukraynaya neytral status verməməklə səhv etdi.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “ZDF” telekanalının efirində sağçı “Almaniya üçün Alternativ” partiyasının həmsədri Alisa Vaydel deyib.

Biz bu münaqişənin yarandığı vəziyyəti unutmamalıyıq deyən Vaydelin sözlərinə görə, Rusiya Federasiyası uzun müddətdir ki, Ukraynanın NATO-ya inteqrasiyası ilə barışmayacağına dair xəbərdarlıq edir.

Bununla belə, Veydelin qeyd etdiyi kimi, Qərb “qırmızı xətti” keçməklə böyük bir səhvə yol vermiş olub.

“Bunun nə qədər ehtiyatsızlıqla edildiyi və dərhal Ukraynaya neytral statusun verilməməsi Qərbin özündən soruşmalı olduğu səhvdir”, - deyə siyasətçi yekunlaşdırıb.

Daha əvvəl Ukraynada Almaniyanın Avropa İttifaqından Kiyevə maliyyə yardımı ayrılmasına mane olduğunu deyirdilər. Burada söhbət, təbii ki, Ukraynaya səkkiz milyard avronun verilməsindən gedirdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə