Azərbaycan xarici işlər naziri Türkiyəyə səfər edəcək

Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı məlumata görə...
Azərbaycan xarici işlər naziri Türkiyəyə səfər edəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 13-cü Səfirlər Konfransında iştirak etmək üçün avqustun 8 və 9 tarixlərində Türkiyədə olacaq. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı məlumata görə, Azərbaycanın xarici işlər naziri türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə konfransda iştirak etmək üçün Türkiyəyə gəlir.

C.Bayramov 13-cü Səfirlər Konfransında çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə