Rusiyada ötən gün 15 meşə yanğını söndürülüb

Rusiyanın Yakutiya Respublikasında ötən sutka 27 973 hektar sahədə 15 meşə yanğını söndürülüb.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Meşələrin Mühafizəsi üzrə Federal Agentlik məlumat verib.

Son saata olan məlumata görə, Respublika ərazisində 7 yanğın lokallaşdırılıb. Yanğının söndürülməsində min nəfərədək şəxsi heyət və 59 texnika iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə