Ukrayna ordusu 4 ədəd S-300 zenit-raket sistemini sıradan çıxarıb

Ukrayna ordusunun döyüşçüləri sutka ərzində 70 rus əsgərini zərərsizləşdirib.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Cənub Operativ Komandanlığı məlumat verib.

Bildirilib ki, hərbi aviasiyanın reydləri nəticəsində 3 dayaq məntəqəsi, texnika, 1 silah anbarı və RLS məhv edilib. Həmçinin 4 ədəd S-300 zenit-raket sistemi, 1 ədəd Pansir-S1 artilleriya kompleksi, 1 ədəd PUA, zirehli və avtomobil texnikaları sıradan çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...