Fransada 47 hektardan çox meşә sahәsi yanıb

Bu barədə “Le Parisien” qəzeti məlumat yayıb
Fransada 47 hektardan çox meşә sahәsi yanıb

Bu il Fransada yanğınlar nəticəsində 47 min hektardan çox meşə sahəsi məhv olub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.

Məlumata görə, ilin əvvəlindən avqusta qədər 47 min 286 hektar yaşıllıq sahəsi yanıb ki, bu da Parisdən 4 dəfədən çox böyük əraziyə uyğun gəlir.

Yanğınlar nәticәsindә ölən olmayıb.

Qeyd edәk ki, 2019-cu ildә dә Fransada 43 min 602 hektar meşәlik sahә yanıb.

Senatın yayımladığı hesabata әsasәn, 2050-ci ilə qədər ölkənin Aralıq dənizi əyalətlərində yanan yaşıllıq sahəsi 80 faiz arta bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə