Rusiya 14 bolqarıstanlı diplomatı ölkədən çıxarmaq qərarına gəlib

Rusiya Bolqarıstan səfirliyinin 14 əməkdaşını ölkədən çıxarır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında bildirilib.

Nazirlikdən verilən açıqlamada Bolqarıstanın Moskvadakı səfiri Atanas Kristin'in nazirliyə çağırıldığı və Bolqarıstan hakimiyyətinin 70 rus diplomatını qəbuledilməz şəkildə persona non qrata (arzuolunmaz şəxs) elan etməsinə etiraz edildiyi bildirilib.

Açıqlamada “Bolqarıstan hökumətinin Rusiya diplomatik missiyası nümayəndələrinin sayını azaltmaq üçün atdığı addımlara cavab olaraq, səfir Kristinə Bolqarıstanın Rusiyadakı 14 əməkdaşını persona non qrata elan edən nota verilib. Biz hesab edirik ki, Rusiyaya qarşı qeyri-dost addımların Bolqarıstan və onun xalqının milli maraqları ilə heç bir əlaqəsi yoxdur” ifadələrdən istifadə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...