“...Birləşmiş Ştatlar beynəlxalq təhlükəsizliyi təhdid edən nəhəng nüvə arsenalına malikdir”.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Çinin nümayəndəsi Dinq Tonqbinq BMT NPT-nin Baxış Konfransında bildirib.
Çin diplomatının sözlərinə görə, Amerikanın nüvə silahı “regional və beynəlxalq sülh və təhlükəsizliyi təhdid edir”.
Bununla əlaqədar ÇXR nümayəndəsi ABŞ-ı nüvə gücü kimi məsuliyyət göstərməyə və “nüvə arsenalında əhəmiyyətli, geri dönməz və yoxlanıla bilən ixtisarlara başlamağa çağırıb. Onun sözlərinə görə, bu, Vaşinqtonun beynəlxalq ictimaiyyətin etimadını bərpa edə biləcəyi yeganə yoldur.
Yeri gəlmişkən qeyd edək ki, bir müddət bundan əvvəl də Çin Müdafiə Nazirliyi ABŞ esminesini Xişa arxipelaqı (Parasel adaları) yaxınlığındakı Çin ərazi sularına qanunsuz müdaxilə etməkdə ittiham edtmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB