Avstraliya meymunçiçəyi xəstəliyinə qarşı tədbirləri artırır

Avstraliya meymunçiçəyi virusuna yoluxma halları artdıqdan sonra 450.000 doza peyvənd alıb.
Avstraliya meymunçiçəyi xəstəliyinə qarşı tədbirləri artırır

Qeyd edilib ki, meymunçiçəyi vaksininin ilk 22 min dozası bir neçə gün ərzində Avstraliyaya çatacaq, digər dozalar isə ilin sonunda və 2023-cü ildə təhvil veriləcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Avstraliyada indiyədək 53 meymunçiçəyi hadisəsi qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün dünyada, xüsusən də Avropada yayılmaqda davam edən meymunçiçəyi epidemiyasını iyulun 23-də Beynəlxalq İctimai Sağlamlıq Təcili (PHEIC) elan edib.

ÜST-nin iyulun 27-də verdiyi açıqlamada 78 ölkədən 18 mindən çox yoluxma halının təsdiqləndiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə