Serbiyanın RTS telekanalı Şimali Makedoniyanın Ukraynaya dörd “Su-25” qırıcısı təhvil verdiyini açıqlayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “İnterfaks” xəbər verir.
Telekanalın məlumatına görə, Şimali Makedoniya Müdafiə Nazirliyi bu məlumatı nə təsdiq, nə də təkzib edib. Nazirlik yalnız ölkənin 2001-ci ildə aldığı 4 “Su-25” təyyarəsinin 2004-cü ildə istismardan çıxarıldığını qeyd edib, həmçinin sövdələşmənin təfərrüatlarını daha sonra açıqlamağa söz verib.
Maraqlıdır ki, RTS bu təyyarələrin hazırda harada olduğunu bildirmir.
O da maraqlıdır ki, kanalın əldə etdiyi məlumata görə Şimali Makedoniya bu təyyarələri 2001-ci ildə Balkan dövlətinin ordusu etnik alban separatçılarına qarşı çıxanda Ukraynadan alıbmış.
İyulun sonunda Şimali Makedoniya hakimiyyətinin utilizasiyası planlaşdırılan “T-72” tanklarını Ukraynaya təhvil verdiyi bildirilir. Yerli KİV-in məlumatına görə, həmin ərəfədə ölkədə Rusiya Federasiyasından alınan 31 ədəd “T-72” tankı olub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB