Sanksiyalar Almaniya üçün uğursuzluqdur?

Sanksiyalar Almaniya üçün uğursuzluqdur?

Almaniyanın “Welt” nəşrinin köşə yazarı Olaf Gersemannın yazdığına görə, kömür, qızıl, polad və araq embarqosuna baxmayaraq, Rusiya-Almaniya ticarət əlaqələri inkişaf edir.

SİA bu barədə rus saytlarına istinad edir.

Olaf, “Süddeutsche Zeitung” qəzetinin məqaləsinə istinadən anti-Rusiya sanksiyalarının məqsədi “Putinə siqnal vermək” olsa da, amma Rusiya prezidentinin belə “təkliflərə” məhəl qoymayacağını iddia edir.

Jurnalistin sözlərinə görə, kömür, polad, taxta, sement və qızılın alınmasına qadağa qoyulsa da, qazın qiymətinin artması səbəbindən Rusiya ilə Almaniya arasında ticarət artmaqdadır.

Almaniyanın statistika idarəsi iyunda Almaniyanın Rusiya qazına görə 3,5 milyard avro ödədiyini bildirib. May ayından etibarən artım 5 faiz, keçən ilin iyunu ilə müqayisədə isə 39 faiz təşkil edib.

Gersemann gizlətmir, Almaniyaya ixracdan əldə edilən gəlirin Rusiyanın hərbi xərclərinin böyük hissəsini təşkil etdiyini bildirir. O, Rusiyadan idxalın fiziki ifadədə 30 faiz azaldığını etiraf edsə də, lakin Almaniyanın məqsədinə nail olunmadığını bildirib.

"Hər şey bizim hesablamamızın əksinə çıxdı. Rusiya büdcəsini tarazlaşdıracaq və gələcək hasilat üçün yerdə daha çox qaz saxlaya biləcək. Belə ki, sonradan Almaniyadan Rusiyaya daha çox milyardlarla avro və rubl axır”,

Bunu da köşə yazarı bildirir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə