BMT Talibanı Əl-Qaidə terrorçularından uzaqlaşdırmağa təşviq etmək üçün əlindən gələni edir. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə BMT baş katibinin müavini, təşkilatın Terrorla Mübarizə İdarəsinin rəhbəri Vladimir Voronkov bildirib.
TASS-ın məlumatına görə, Əfqanıstanda “Əl-Qaidə” lideri Ayman əz-Zəvahirinin məhv edilməsini şərh edən Voronkov vurğulayıb ki, BMT-nin səylərinə baxmayaraq, “Əl-Qaidə” hələ də Əfqanıstanda kifayət qədər yaxşı təmsil olunur . “Mənim ofisim Talibanı terrorçulardan uzaqlaşdırmağa təşviq etmək üçün mümkün olan hər şeyi edir”-deyə Voronkov bildirib.
Xatırladaq ki, avqustun 2-də ABŞ prezidenti Co Bayden Kabildə “Əl-Qaidə” lideri əl-Zəvahirinin məhv edildiyini bəyan etmişdi. O, hadisəni hər mənada uğur adlandırıb və Əfqanıstanın terrorçular üçün "təhlükəsiz sığınacaq"a çevrilməməsi üçün ABŞ-ın hər şeyi edəcəyini vurğulayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB