Çırt bu yandakı gözünə...

....Burada deyərlər ey,.. qoluna çöpdən dirək.

Deməli, ötən gün Azərbaycan tərəfinin “qeyri-qanuni” hərəkətlərinə möhkəm əsəbləşən Arayik Arutyunyan tənbəllik-zad etməyib və sifətinə çox ciddi görkəm verərək (...deyim ki, bu onun həmən an çəkdirdiyi şəkilindəki baxışlarından da sezilir-A.B.) ... özü qismən desə də, amma deyilənə görə total səfərbərlik haqqında ”fərman imzalayb”.

“Prezidentdir” axı... Arada özünü göstərməsə, erməniər nə deyər ona?

Hə, indi nə olsun ki, irəvanlı ermənilər onun “prezidentlik fəaliyyətinin” kabinetindən kənarda heç bir zada yaramadığını deyirlər.

İndi Arutyunyan “qismən deyib total hərbi səfərbərlik” etməklə irəvanlı ermənilərə özünün nələrə qadir olduğunu göstərməyə çalışıb.

Deyilənə görə, “Arutyunyan səfərbərliyinin” nəticəsi elə də pis olmayıb. Yəni bizdəki “üç badam bir qozun”...erməni variantı alınıb, amma aralarında çürüyü də olub...

...Hə, burada Arayiklə bağlı deyəcəyim...sonra yadımdan çıxa bilər deyə, imkan verin yadımdaykən deyim: “Çırt bu yandakı gözünə...”

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə