ABŞ dövlət katibi Entoni Blinkenin və onun müavini Karen Donfridin müvafiq olaraq Ermənistan və Azərbaycanın liderləri və xarici işlər nazirləri ilə telefon danışıqları ABŞ-ın Qafqaz istiqamətində əhəmiyyətli fəallaşmasının sübutudur.
SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, bu fikirləri politoloq Suren Surenyants bildirib.
Erməni politoloqa görə, Blinkenin zənglərini ABŞ-ın Ermənistanla Azərbaycan arasında hazırkı proseslərə yüksək dərəcədə marağından xəbər verir: ”... Düşünürəm ki, amerikalılar ona Vaşinqton və Moskva arasında manevr etmək üçün daha çox imkan verən müəyyən təkliflər səsləndiriblər”. Bunu Suren Surenyants deyir.
Təbii ki, Vaşinqtonun Ermənistanla Azərbaycan arasındakı proseslərə maraq göstərməsinə, şübhəsiz Moskva da biganə qala bilmir. Belə ki, Kreml də öz növbəsində fəallaşır.
Burada birincisi, Bakıya öz növbəsində təkliflər vermək, ikincisi, bu təkliflər əsasında qərarların qəbul edilməsinin zəruriliyinə İrəvanı inandırmaq məqsədi ilə. Amerikanın fəaliyyətinin qarşısının alınması prioritet olaraq. Surenyantsın fikrincə, bunu Lavrov və Putinin Bakıya sonrakı Amerika zəngləri sübut edir.
Qeyd edək ki, erməni politoloq bu gün tərəflər, yəni Ermənistanla Azərbaycan arasında böyük müharibə təhlükəsini görmədiyini bildirir. Onun fikrincə, bu gün nə Rusiyaya, nə də Qərbə müharibə lazım deyil. Rusiya qurduğu status-kvonu pozmaq istəmir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB