ABŞ-ın iki ştatında fövqəladə vəziyyət elan edilib

ABŞ-ın Kaliforniya və İllinoys ştatlarında meymunçiçəyi virusuna yoluxma hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
ABŞ-ın iki ştatında fövqəladə vəziyyət elan edilib

ABŞ-ın Kaliforniya və İllinoys ştatlarında meymunçiçəyi virusuna yoluxma hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

SİA-nın əldə etdiyi məlumata görə, Kaliforniya valisi Gavin Nevsom Valiliyin internet saytında verdiyi açıqlamada meymunçiçəyi virusunun sürətlə yayılması ilə əlaqədar San Fransiskoda elan edilən fövqəladə vəziyyətdən sonra ştatda ümumi fövqəladə vəziyyət elan edildiyini bildirib.

Nevsom daha çox peyvənd tədarükü və riskin azaldılması ilə bağlı məlumatlılığı artırmaq üçün federal hökumətlə işləməyə davam edəcəklərini qeyd etdi.

Kaliforniya səhiyyə rəsmiləri ştatda 800-ə yaxın meymunçiçəyi hadisəsinin qeydə alındığını açıqladı.

İllinoys ştatının valisi Cey Robert Pritzker fövqəladə vəziyyət qərarının "yoluxmanın qarşısını almaq üçün bütün mövcud ictimai səhiyyə resurslarının tam səfərbər edilməsini tələb etdiyini, ştatın ictimai səhiyyə departamentinə peyvəndləri çatdırmaq və virus haqqında ictimaiyyəti məlumatlandırmaq üçün tam səlahiyyət verəcəyini" söyləyib.

Qeyd edək ki, Nyu-York ştatında və San-Fransiskoda meymunçiçəyi hallarının artması səbəbindən iyulun 30-da ABŞ-da ilk dəfə fövqəladə vəziyyət elan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə