Küveyt parlamenti buraxılıb, növbədənkənar seçkilər elan edilib

Küveyt parlamenti buraxılıb, növbədənkənar seçkilər elan edilib

Küveytdə parlament rəsmən buraxılıb.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Küveytin vəliəhd şahzadəsi Şeyx Mişal Əl-Əhməd Əl-Cabir Əl-Sabah fərman imzalayıb.'

Ölkədə 2 ay ərzində növbədənkənar ümumi seçkilərin keçiriləcəyi elan edilib.

Küveytdə hökumət və parlament arasında onilliklər ərzində yaranan narazılıqlar tez-tez kabinet dəyişikliyinə və qanunverici orqanın buraxılmasına səbəb olub. Parlament sonuncu dəfə 6 il qabaq buraxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə