ABŞ bunun cavabını “ödəyəcək”..?

ABŞ bunun cavabını “ödəyəcək”..?

Birləşmiş Ştatlar Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərinə icazə verdiyi üçün “ödəməlidir”.

SİA TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Çindəki səfiri Nikolas Börnsü çağıran Çinin xarici işlər nazirinin müavini Si Fen deyib.

“...Birləşmiş Ştatlar səhvlərinin əvəzini ödəməlidir. Çin qətiyyətlə müqavimət göstərmək üçün lazımi tədbirləri görəcək və biz sözümüzü tutacağıq”, deyə nazir müavini vurğulayıb.

“...Siyasi kapital naminə Tayvan məsələsini manipulyasiya etməyə çalışanlar son nəticədə uğursuzluğa düçar olub və "tarix tərəfindən təhrif olunacaqlar”. Bunu da Si Fen deyib.

Yeri gəlmişkən, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ prezidenti Cozef Baydenin ABŞ Nümayəndələr Palatasının sədrinin Tayvana səfər qərarına “hörmət” etdiyini bildirib.

Onun sözlərinə görə, bu addım Birləşmiş Ştatların onilliklər ərzində apardığı siyasətə "tam uyğundur".

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə