Tayvan boğazında gərginliyin yüksəlməsinə ABŞ məsuliyyət daşımalıdır
"Tayvan boğazında gərginliyi yüksəldən addımlar atan ABŞ bütün məsuliyyəti öz üzərinə götürməlidir. Birləşmiş Ştatlar Çinin suverenliyini və təhlükəsizlik maraqlarını pozan addımlarına görə məsuliyyət daşımalı və cavab verməlidir".
SİA-nın əldə etdiyi məlumata görə, bu sözləri Çin Xarici İşlər Nazirliyinin rəsmisi xanım Hua Çunyin ABŞ dövlət katibi Entoni Blinkenin Konqresin Nümayəndələr Palatasının spikeri xanım Nensi Pelosinin Tayvan adasında mümkün səfərinə dair açıqlamasını şərh edərkən deyib. Dövlət katibi səfərin Nensi Pelosinin şəxsi qərarı olduğunu bildirib, Pekini bu səfərlə əlaqədar böhran yaratmaqda günahlandırıb.
Entoni Blinkenin həmin mövqeyinin hegemonluq mentalitetinə əsaslandığını vurğulayan Çin XİN rəsmisi, ABŞ-ın bütün təsisatlarının, o cümlədən icraedici, qanunverici və məhkəmə hakimiyyəti orqanlarının ölkənin rəsmi xarici siyasətinə uyğun davranmalı olduqlarını deyib. O, Pekin ilə Vaşinqton arasında diplomatik münasibətlərin qurulması haqqında 1979-cu ildə imzalanmış birgə bəyannamədə ABŞ-ın Çin Xalq Respublikasını Çin ərazisində qanuni hakimiyyət kimi tanıdığını, bu konteksdə Birləşmiş Ştatlar xalqının Tayvan xalqı ilə yalnız mədəni, ticari və digər qeyri-rəsmi münasibətlər saxlamaq hüququ olduğunu vurğulayaraq bildirib ki, Birləşmiş Ştatlarda ən yüksək 3-cü vəzifəli şəxs olan Nümayəndələr Palatasının sədri ABŞ silahlı qüvvələrinə məxsus təyyarə ilə Tayvana yola düşürsə, bu, heç bir halda qeyri-rəsmi səfər deyil.
Qeyd edək ki, rəsmi Pekinin sərt etirazına və xəbərdarlığına baxmayaraq, Nensi Pelosinin Asiya turu çərçivəsində avqustun 2-də axşam Tayvan adasında gələcəyi gözlənilir. Tayvan mediası Nensi Pelosinin rəhbərlik etdiyi nümayəndə heyətinin avqustun 3-də Tayvandakı hakimiyyətin prezidenti Tsay İnq-ven, habelə qanunverici orqanın rəhbəri ilə görüşlərinin nəzərdə tutulduğu barədə xəbərlər yayıb. Tayvan rəsmiləri Nensi Pelosinin səfəri barədə açıqlama verməkdən boyun qaçırsa da, paytaxt Taypeydə ciddi təhlükəsizlik tədbirlərinin görüldüyü, ABŞ heyətinin gecələyəcəyi “Grand Hyatt” otelində və ətrafında təhlükəsizliyin təminatına xeyli sayda polisin cəlb olunduğu bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:45Bakıda 20 yaşlı gənci bıçaqlayıblar
Hadisə 05:04Husilər 700 əsgəri girov götürdü
Dünya 04:06"Fənərbağça" İngiltərədə DARMADAĞIN OLDU!
İdman 03:22Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



