BMT-nin baş katibi Antonio Quterreş Yaponiyaya gedəcək

Bu barədə avqustun 2-də Tokioda keçirilən mətbuat konfransında Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno məlumat verib
BMT-nin baş katibi Antonio Quterreş Yaponiyaya gedəcək

BMT-nin baş katibi Antonio Quterreş avqustun 6-da Hiroşimanın atom bombardmanına məruz qalmasının ildönümü ilə əlaqədar keçiriləcək tədbirdə Yaponiyanın baş naziri Fumio Kişida ilə görüşəcək. Bu barədə avqustun 2-də Tokioda keçirilən mətbuat konfransında Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno məlumat verib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

“BMT-nin baş katibi avqustun 5-dən 8-dək Yaponiyaya səfər edəcək. Avqustun 6-da o, Hiroşima şəhərinin atom bombardmanı qurbanlarının xatirə mərasiminə qatılacaq və burada Baş nazir Fumio Kişida ilə görüşəcək. Bundan sonra onun Tokioda xarici işlər naziri Yoşimasa Hayaşi ilə görüşü planlaşdırılır”, - deyə baş katib bildirib.

Qeyd edək ki, A.Quterreş 2018-ci il avqustun 9-da Naqasakidə atom bombardmanı qurbanlarının xatirə mərasimində iştirak edib. Növbəti dövrdə baş katib Hiroşimada keçirilən mərasimə qatılmağı planlaşdırsa da koronavirus pandemiyasına görə bunu edə bilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə