Ermənistan Fövqəladə Hallar Nazirliyi strateji obyektlərdə partlayıcı qurğuların yerləşdirilməsi barədə siqnallar alıb. Bu barədə İrəvan Metropoliteninin “Facebook” səhifəsində məlumat verilib.
Beləliklə, avqustun 2-də saat 18:59-da İrəvan metrosuna bomba qoyulması barədə xəbərlər daxil olub. Erməni saytlarının yazdığına görə, Mülki Müdafiə Qoşunlarının Kollektiv Mərkəzinin əməkdaşları hazırda hadisə yerindədirlər.
Verilən məlumata görə, bu saatlarda metroda sərnişindaşıma müvəqqəti olaraq dayandırılıb. Deyilənə görə, ermənilər hələ ki, bombanı tapmayıblar.
Qeyd edək ki, “bomba məsələsi” metro işçiləri üçün elə də yenilik deyil. Belə ki, iyulun 20-də İrəvan metro stansiyalarına bomba qoyulması ilə bağlı oxşar siqnal daxil olmuşdu. Amma həmən vaxt ermənilər axtarıb bir şey tapmamışdılar. İyulun 27-də isə maşinistlərin tətili səbəbindən metro bir neçə saatlıq fəaliyyətini dayandırmışdı.
Bu arada, sən demə, bombanın təkcə, metroya qoyulmadığı meydana çıxıb. Belə ki, Ermənistan Fövqəladə Hallar Nazirliyi onlara həmçinin Zvartnots hava limanında, Ermənistan Milli Assambleyasının binasının Baqramyan 19 yerləşən qərərgahlnda, eləcə də bütün mühüm hərbi və mülki obyektlərdə partlayıcı qurğuların qoyulması barədə siqnallar aldığını bildirib.
Yəni, belə çıxır ki, bütün İrəvan minalanıb.
İndi də, Ermənistan Fövqəladə Hallar Nazirliyi əməkdaşları bomba axtarışına haradan başlamağı müzakirə edirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB