Türkiyədə meymunçiçəyi virusuna yoluxanların sayı

Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca məlumat verib
Türkiyədə meymunçiçəyi virusuna yoluxanların sayı

"Türkiyədə meymunçiçəyi virusuna yoluxanların sayı artaraq 5-ə çatıb", bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca bildirib. SİA AZƏRTAC-a istinadən xəbər verir ki,

Qeyd olunub ki, xəstələrdən dördünün müalicəsi başa çatıb, bir nəfər isə karantinə alınıb.

Xəstəlik müddətində yoluxanların yaxınları da müvəqqəti təcrid olunublar.

Türkiyə üçün bu xəstəliklə bağlı heç bir epidemiya riskinin olmadığını deyən nazir bunun səbəbini virusun qapalı mühitdə çox yaxın təmas və ya uzunmüddətli təmas vasitəsilə keçməsi ilə izah edib.

Xatırladaq ki, Türkiyədə meymunçiçəyinə ilk yoluxma faktı 2022-ci ilin 30 iyununda qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə