...Çin ordusu ABŞ siyahısında olan Nensi Pelosinin səfəri fonunda Tayvan yaxınlığında raket sınaqları keçirəcək.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Çinin “CGTN” telekanalı məlumat yayıb.
Xalq Azadlıq Ordusunun (PLA) donanmasının bu axşam Tayvanın şərqindəki dənizə adi raketlər atacağı gözlənilir.
Qeyd edək ki, Pekin bu “əməliyyatları” ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin adaya gəlişinə cavab adlandırıb.
“Çin Müdafiə Nazirliyi ölkənin ərazi bütövlüyünü qətiyyətlə müdafiə etməyə hazırdır”. Bunu da nazirlik bəyan edib.
Xatırladaq ki, verilən məlumata görə, Pelosi olan təyyarə ilk olaraq Sunşan hava limanına gəlib. Onun, respublika rəhbərliyinin nümayəndələri ilə işgüzar görüşlər keçirəcəyi planlaşdırıb.
Çin Xarici İşlər Nazirliyi Pelosinin Tayvana səfərini kəskin şəkildə pisləyib və bunu onun suverenliyinin ciddi şəkildə pozulması adlandırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB