İranın atom bombası yaratmaq üçün texniki imkanları var, lakin belə bir proqram gündəmdə deyil.
Bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami deyib.
SİA-nın əldə etdiyi məlumata görə, o bildirib ki, bu ittihamlar ictimai rəyi aldatmaq üçün edilir: “İran öz yolunu tapıb və öz planları ilə irəliləyir”.
O, İranın Atom Enerjisi Təşkilatı ilə Beynəlxalq Atom Enerjisi Agentliyinin qarşılıqlı fəaliyyətinə toxunaraq deyib ki, konstruktiv qarşılıqlı fəaliyyət qurulub və bu qarşılıqlı fəaliyyətdə heç bir pozulma olmayıb: “Çünki bizim bütün imkanlarımız NPT müqaviləsi əsasında Agentliyin nəzarəti altında həyata keçirilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB