Yens Stoltenberq Türkiyəyə təşəkkür edib

NATO-nun Baş katibi Yens Stoltenberq taxıl böhranının həllində oynadığı rola görə Türkiyəyə təşəkkür edib.
Yens Stoltenberq Türkiyəyə təşəkkür edib

NATO-nun Baş katibi Yens Stoltenberq taxıl böhranının həllində oynadığı rola görə Türkiyəyə təşəkkür edib.

SİA-nın əldə etdiyi məlumata görə, Stoltenberq sosial media hesabında Ukrayna taxılının daşınması prosesi ilə bağlı açıqlama verib.

Razılaşma çərçivəsində ilk taxıl yükünün Odessadan başladığını bildirən Stoltenberq "Müttəfiqimiz Türkiyəyə əsas roluna görə təşəkkür edirəm” ifadəsini işlədib.

Milli Müdafiə Nazirliyi taxılla yüklənmiş ilk gəminin bu gün səhər saatlarında Ukraynanın Odessa limanından yola düşdüyünü açıqlayıb.

Açıqlamada Livanın Tripoli limanına getmək üçün Odessadan yola düşən qarğıdalı yüklənmiş "Razoni" adlı gəminin sabah (2 avqust 2022) İstanbulda olacağı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə