BMT Baş katibinin sözçüsü Stefan Düjarrik bildirib ki, BMT-nin Baş katibi Antonio Quterreş Ukraynanın Odessa limanından taxılla yüklənmiş ilk ticarət gəmisinin yola düşməsini alqışlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, Qara dəniz taxıl təşəbbüsü çərçivəsində üzən ilk ticarət gəmisi haqqında açıqlama verən Stephane Dujarric deyib:
“Baş katib fevralın 26-dan bəri Ukraynanın Odessa limanını tərk edən ilk kommersiya gəmisi olan "M/V Razoni"nin yola düşməsini səmimiyyətlə alqışlayır”.
DÜjarric 22 iyulda İstanbulda imzalanan Qara dəniz taxıl təşəbbüsü çərçivəsində yola düşən ilk gəminin Livanın Tripoli Limanına 26 min 527 ton qarğıdalı daşıdığını bildirib.
“Mövcud taxıl və ərzaq məhsullarının qlobal bazarlara daşınmasının təmin edilməsi vacib humanitar addımdır”,- deyə o vurğulayıb.
Sözçü Düjarrik qeyd edib ki, ilk gəminin hərəkəti BMT, Ukrayna, Rusiya və Türkiyə nümayəndələrinin daxil olduğu Birgə Koordinasiya Mərkəzinin kollektiv nailiyyəti olub:
"Mərkəz yaradılandan bəri tərəflər BMT-nin dəstəyi ilə təşəbbüslə əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün yorulmadan çalışırlar. Baş katib bu səylərdən məmnunluğunu ifadə edib və Türkiyə rəhbərliyinə minnətdarlığını bildirib".
“Razoni” adlı gəminin imzalanan təşəbbüsə uyğun olaraq yola çıxan gəmilərdən ilki olduğunu bildirən Düjarrik bildirib ki, Baş katib ümid edir ki, bu, xüsusilə humanitar cəhətdən ən həssas qruplar üçün qlobal ərzaq təhlükəsizliyində çox ehtiyac duyulan sabitliyi və rahatlığı gətirəcək. Təşəbbüsün humanitar ruhuna uyğun olaraq, Ümumdünya Ərzaq Proqramı (WPP) həmçinin 30 min ton məhsul satın alaraq, BMT tərəfindən icarəyə götürülən bir gəmiyə yükləyib göndərməyi planlaşdırır. Yaxın günlərdə WFP bu barədə ətraflı məlumat verəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:45Bakıda 20 yaşlı gənci bıçaqlayıblar
Hadisə 05:04Husilər 700 əsgəri girov götürdü
Dünya 04:06Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



