Çempionat şənliyi zamanı tribuna dağılıb

Çempionat şənliyi zamanı tribuna dağılıb

Liviyada çempionat şənliyi zamanı tribuna çöküb. SİA xarici mətbuata istinadən xəbər verir ki, çoxlu insan yaralanıb. Liviyada “Əl-İttihad Tripoli”nin çempionat bayramı zamanı azarkeşlərin bayram etdiyi tribuna dağılıb. Bildirilib ki, bayram paytaxt Tripolinin Bab Bin Qaşir rayonundakı klubun baş qərargahında keçirilib. Hələlik xəsarət alanların sayı açıqlanmayıb.

Qeyd edək ki, Tunisin Radis stadionunda keçirilən oyunda “Əl-İttihad Tripoli” komandası “Əl Əhli Tripoli”ni 2:1 hesabı ilə məğlub edərək 18-ci dəfə Liviya çempionu olub.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə