Xaricdə yaşayan ermənilər İrəvana buraxılmır

Xaricdə yaşayan ermənilər İrəvana buraxılmır

Niderlandın Gənclər Birliyinin erməni əsilli fəalı Suen Abramyanın Ermənistana girişinə qadağa qoyulub.

SİA-nın əldə etdiyi məlumata görə, Suen qeyd edib ki, o, heç bir izahat verilmədən hava limanında 12 saat saxlanılıb. Bundan sonra ona arzuolunmaz şəxs olduğu deyilib və Niderlanda qayıtmalı olduğu bildirilib.

“Dünən gecə “Daşnaksütyun”un Gənclər Ofisinin Sünikdə təşkil etdiyi könüllü düşərgələrində iştirak etmək üçün Ermənistanın “Zvartnots” hava limanına gəldim. Məni 12 saat saxladıqdan sonra heç bir izahat verilmədən vətənimə daxil ola bilməyəcəyimi, arzuolunmaz insan olduğumu və Niderlanda qayıtmalı olduğumu söylədilər”, – Suen qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə