Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Trans-Anadolu qaz kəməri - TANAP-ın Avropa üçün Rusiya qazına alternativ ola biləcıyini bəyan edib
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə o, “A Haber” telekanalına məlumat verib.
Qeyd edək ki, bundan əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Leyen Rusiyanın Avropa İttifaqına üzv olan 12 ölkəyə qaz tədarükünü qismən azaltdığını və ya tamamilə dayandırdığını bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı ABŞ, Norveç, Körfəz ölkələri, Əlcəzair və Xəzər dənizi regionundan rekord həcmdə qaz tədarük edir.
Bundan əvvəl Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell bildirmişdi ki, Avropa İttifaqı (Aİ) ölkələri Ukraynada münaqişə başlayandan bəri Rusiyadan təbii qaz alışını iki dəfə azaldıb.
O həmçinin Avropa iqtisadiyyatından “qaz alışını bir gecədə dayandırmağı” tələb etmək olmadığını bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB