Hindistanda meymun çiçəyindən ilk ölüm

Hindistanda meymun çiçəyindən ilk ölüm

Bir müddət bundan əvvəl Birləşmiş Ərəb Əmirliklərində olmuş Hindistanın Kerala əyalət sakini meymun çiçəyi xəstəliyindən dünyasını dəyişib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə yerli “The Indian Express” nəşri məlumat yayıb.

Beləliklə, bu virusdan ilk ölüm hadisəsi Hindistanda, dördüncü isə Afrikadan kənarda qeydə alınıb. Nəşr aydınlaşdırır ki, səfərdən qayıtdıqdan sonra 22 yaşlı gənc özünü yaxşı hiss edib və yalnız qızdırması olanda həkimlərə müraciət edib.

Xatırladaqk ki, həkimlər əvvəlcə onda meymun çiçəyinə xas əlamətlər tapmayıblar və onu başqa xəstəliklərdən müalicə etdilər. Bir müddətdən sonra kişi həyati dəstək aparatına qoşulsa da, sonda onu xilas etmək mümkün olmayıb. Mərhumun meymun çiçəyi virusu testinin müsbət çıxması ölümündən sonra yaxınlarına xəbər verilməyib.

Qeyd edək ki, bir gün əvvəl İspaniyada meymun çiçəyinə yoluxan ilk avropalının öldüyü bildirilmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə