Ukraynanın Nikolayev şəhəri intensiv atəşə tutulub

Ukraynanın Nikolayev şəhəri intensiv atəşə tutulub

Ukraynanın cənubunda yerləşən Nikolayev şəhəri Rusiya ordusu tərəfindən intensiv şəkildə atəşə tutulub. SİA “UNİAN”a istinadən xəbər verir ki, bu barədə Nikolaev şəhərinin meri Aleksandr Senkeviç məlumat verib.

“Bu gün Nikolayev intensiv atəşə məruz qalıb. Yəqin ki, bütün zamanların ən güclüsüdür. Güclü partlayışlar səhər saat birdən sonra və səhər saat beş radələrində eşidilib”- deyə, o bildirib.

Onun sözlərinə görə, şəhərdə partlayışlar baş verib, o cümlədən kasetli mərmilərin düşdüyü ərazilərdə yanğınlar başlayıb.

“Bir sıra obyektlər dağılıb, yaşayış binalarına ziyan dəyib. Hazırda xilasedicilər işləyir. Biz ətraflı məlumat toplayırıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə