“...Ukrayna üçün oyun bitəcək?”

“...Ukrayna üçün oyun bitəcək?”

ABŞ Hərbi Hava Qüvvələri kəşfiyyatının istefada olan polkovniki C.Mörfi Donovan xüsusi əməliyyatda Ukraynanın məğlubiyyətinin əlamətini müəyyən edib.

Onun “American Thinker” üçün yazdığı məqalə, belə görünür ki, elə rusların da ürəyincədir.

SİA bu barədə rus saytlarına istinad edir.

Məqalə müəllifi Odessanın itirilməsinin Kiyev üçün “son” olacağını irəli sürüb. Onun sözlərinə görə, bu ərazinin Rusiyanın nəzarəti altına alınması hərbi əməliyyatlar nəticəsində deyil, şəhərin özündə olan fikir ayrılıqlarına görə baş verə bilər. Donovan xatırladıb ki, Odessa sovet dövründən mühüm kurort olub.

“...Və sonra, bəlkə də, Ukrayna üçün oyun bitəcək”. Rus saytlarının yazdığına görə, bunu da Donovan deyib.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl ukraynalılar Odessada Rusiya İmperatoru II Yekaterina abidəsinin sökülməsini və onun yerinə pornoqrafik aktyor Billi Herrinqtonun heykəlinin qoyulmasını tələb ediblər.

Müvafiq petisiya Ukrayna prezidentinin saytında Vladimir Zelenskidən 25 min imza toplayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə