Bu günlərdə Papa Fransisk səhhətinə görə təqaüdə çıxa biləcəyini istisna etməyib.
SİA bu barədə rus saytlarına istinad edir.
Belə ki, Kanadadan Romaya dönərkən təyyarənin göyərtəsində keçirdiyi mətbuat konfransında o, “Mənim yaşımda və bu məhdudiyyətlə (papanın uzun müddətdir diz problemi var, bu da onun əlil arabasında hərəkət etməsini tələb edir), mən kilsəyə bir az daha xidmət etmək üçün gücümü saxlamalı və ya kənara çəkilməyi düşünməliyəm”. -deyə bildirib.
Papa “qeyri-adi heç nə baş verməyəcəyini, heç bir fəlakət olmayacağını” da vurğulayıb.
Yeri gəlmişkən, həkimlər təklif etsələr də Papa dizindən əməliyyat olunmaq istəmədiyini bildirib. “Anesteziya oyuncaq deyil, ona görə də əməliyyatın mənə uyğun olduğunu düşünmürəm”.
Bunu da Papa Fransisk bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB