“...Avropanın bütün ölkələrinə aydındır ki, Rusiya gələcək onilliklər üçün bir nömrəli düşməndir, təhlükəli və aqressivdir. Bu gün rus təcavüzünə qarşı ancaq güc yolu ilə qarşı çıxmaq olar. Təbii ki, bunu yaxşı başa düşən polyaklar “dişlərinə qədər silahlanmaya” start veriblər.
“FreeDom” layihəsinin süjetinə görə, Polşanın müdafiə naziri Mariuş Blaşçak bu yaxınlarda Cənubi Koreyanın hərbi sənaye kompleksi ilə möhtəşəm müqavilə imzalayıb. Müqavilə Cənubi Koreyanın “FA-50” döyüş təyyarələrinin, “K-9” özüyeriyən haubitsalarının və ən çox super müasir “K2” tanklarının uzun illər tədarükünü əhatə edir.
Beləliklə, “K2” tanklarının tədarükü iki mərhələyə bölünüb: birinci mərhələdə Polşa 180 tank alacaq, tədarüklərə bu il başlanacaq. İkincisi, Polşa müdafiə sənayesi tərəfindən artıq Polşada 800-dən çox tank istehsal ediləcək.
Qeyd eək ki, “K2” dünyanın ən müasir tanklarından biridir və yəqin ki, ən bahalı tankdır. Belə ki, tankın birinin qiyməti 8,5 milyon dollardır. Amma, deyilənlərə görə, buna dəyər, o, müasir hədəf aşkar edən radarlarla təchiz olunub, çox güclü və davamlıdır, zədələnməyə qarşı xüsusi mühafizə ilə təchiz olunub. Onun lazer nişangahı olan 120 millimetrlik silahı isə dəqiqədə 6 hədəfi vurmağa qadirdir. Bundan əlavə, lüləni 140 millimetrə dəyişdirmək və qaubitsa kimi idarə olunan mərmiləri atəşə tutmaq olar.
Bildirək ki, - bu tanklar Amerika "Abrams" əsasında hazırlanıb.
Onu qeyd edək ki, bu gün Polşanın “F-16” qırıcılarının tədarükü ilə bağlı ilkin müqaviləsi var. Polşa həmçinin Cənubi Koreyadan 48 ədəd “FA-50” yüngül qırıcı alacaq, onlardan ilk “12-si” 2023-cü ilin ortalarında ölkəyə təhvil verilməlidir. Təyyarə Polşa Hərbi Hava Qüvvələrinin tələblərinə uyğun konfiqurasiya ediləcək və NATO-nun dost-düşməni tanıma sistemləri, eləcə də ən müasir elektronika ilə təchiz ediləcək.
Bundan əlavə, Polşanın müdafiə qabiliyyətini gücləndirmək üçün möhtəşəm müqavilələr “K9” özüyeriyən haubitsaları ilə təmin edilir. Burada da Polşa ilk mərhələdə 48 haubitsa alacaq və daha sonra ölkədə istehsal olunacaq 600-dən çox haubitsa sifariş edəcək.
“...Polşa artıq boş oturmur, Kremlin “çılğın rəhbərliyinə” yuxarıdan aşağı baxmır. Bu gün Polşa hərbi maşını Ukraynaya sistemli şəkildə silah yardımı etməklə sürət qazanır”.
Bu, Polşanın etirafıdır...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB