İranda daşqınlar nəticəsində 56 nəfər ölüb

İranda daşqınlar nəticəsində 56 nəfər ölüb

Ötən 10 gün ərzində İranda baş verən daşqınlar nəticəsində 56 nəfər ölüb, 18 nəfər itkin düşüb.

SİA-nın məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Təşkilatının sədri Mehdi Vəlipur deyib.

M.Vəlipurun sözlərinə görə, ölkənin ən çox Lorestan, Çahar-Mahal və Bəxtiyari, İsfahan, Yəzd və Tehran vilayətləri daşqınlardan zərər çəkib.

3,8 mindən çox vətəndaş müvəqqəti sığınacaqlarda yerləşdirilib.

Qeyd edək ki, İranın 31 vilayətindən 20-də daşqınlar müşahidə olunur. Təbii fəlakət zonalarına 3 min xilasedici cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə