O gün ABŞ Senatı dövlət katibi Entoni Blinkenin Rusiyanı terrorizmə sponsorluq edən dövlət kimi tanımağa çağıran qətnamə qəbul etdiyini xatırladan erməni saytları, Kremlin də tezliklə terrorizmin sponsorları siyahısına düşəcəyinə əmindirlər.
Xatırladaq ki, Blinken bir müddət əvvəl Rusiyaya qarşı tətbiq edilən sanksiyaların nəticələri onun terrorizmin sponsorları siyahısına salınmasına bərabər olduğunu bildirmişdi.
Qeyd eək ki, hazırda Dövlət Departamenti bu məsələni araşdırır.
Maraqlıdır ki, ermənilər öz təəssüflərini də gizlətmirlər: “...amma ABŞ-da gördüyümüz kimi sanksiyalarla məhdudlaşmamağa qərar verdilər”.
Hazırda Amerikanın terrorizmin sponsorları siyahısında dörd ölkə-Suriya, İran, Şimali Koreya və Kubanın olduğunu bildirən ermənilər bu siyahının mütləq Rusiya tərəfindən tamamlanacaağına əmindirlər.
...Bəs, onda Ermənistanın özü?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB