BMT-nin Liviyadakı hərbi missiya mandatı uzadıldı

BMT-nin Liviyadakı hərbi missiya mandatı uzadıldı

Birləşmiş Millətlər Təşkilatının (BMT) Liviyadakı hərbi missiyasının mandatı daha 3 ay uzadılıb.

SİA-nın əldə etdiyi məlumata görə, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının sessiyası BMT-nin Liviyadakı hərbi missiyasının mandatının oktyabrın 31-dək uzadılmasını təsdiqləyib.

BMT təhlükəsizlik şurasının qərarında Liviyada hərbi həll yolunun tapılmadığına diqqət çəkilib və BMT-nin baş katibi Antonio Quterreşdən Liviya üzrə xüsusi nümayəndə təyin etməsi tələb olunub.

ABŞ isə hərbi missiyanın mandatının bir il əvəzinə üç ay uzadılmasına reaksiya verib.

ABŞ-ın BMT nəzdindəki daimi nümayəndəsi Linda Tomas Qrinfild bu barədə açıqlama verib. Nümayəndə: “Rusiyanın mandatın 3 aydan çox uzadılmaması tələbi və bunun təsdiqlənməsi missiyanın uzunmüddətli planlarını həyata keçirməsini çətinləşdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə