ABŞ-ın hazırkı prezidenti Cozef Bayden 2024-cü ildə yenidən seçkilərdə iştirak etməyi planlaşdırır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer məlumat verib.
“...Biz bundan çox uzağıq, ona görə də təfərrüatlar, eləcə də ictimai rəy sorğuları barədə danışmayacağam, çünki mən podiumun bu tərəfindəyəm”- deyə mətbuat katibi bildirib.
Xatırladaq ki, 2021-ci ildə vəzifəyə başlayan Cozef Baydenin 79 yaşı var və o hələ seçildiyi zaman belə ABŞ-ın indiki ən yaşlı prezidentlərindən biri idi, Daha əvvəl CNN-nin sorğusunda , Demokrat tərəfdarlarının yalnız 25 faizi Cozef Baydeni 2024-cü ildə prezidentliyə namizəd kimi görmək istədiyini bildirmişdi.
Maraqlıdır ki, Baydenin sələfi Donald Tramp da daxil olmaqla, digər prezidentliyə namizədlər də artıq qocalığa çatıblar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB