Rusiyaya qarşı hibrid müharibəsi Çinə təsir etməyə başlayır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Şanxay Əməkdaşlıq Təşkilatının baş katibinin müavini Qriqori Loqvinov bildirib.
Onun sözlərinə görə, Şanxay Əməkdaşlıq Təşkilatının təsisçi dövlətlərindən birinə-Rusiyaya qarşı, tam hibrid müharibəsi başladılıb ki, bu da artıq Çinə də sirayət etməyə başlayıb.
İnformasiya texnologiyalarının birbaşa hərbi tətbiqə də malik olduğunu deyən Qriqori Loqvinov həmçinin əmin olduğunu bildirib ki, tezliklə Qərbin Rusiyaya hücumları Çinə də keçəcək və bu Çin də Qərb dövlətlərinin düşmənçilik hərəkətlərinə qarşı özünü müdafiə etmək məcburiyyətində qalacaq.
Qeyd edək ki, baş katib müavini bu gün media məkanının döyüş meydanına çevrildiyini də istisna etməyib
Qeyd edək ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Daşkənddə Çinin xarici işlər naziri Vanq İ ilə görüşüb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB