...Qərb Ermənistana təzyiq edir ki, “artsax”ı Azərbaycanın bir hissəsi kimi tanısın. Məqsəd sonradan rus ordusunun oradan çıxarılmasıdır. Bundan sonra Rusiyanı əhatə edən türk dünyasını erməni Sünik vasitəsilə birləşdirmək...
SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, bu fikirləri erməni politoloq Stepan Danielyan bildirib.
Onun fikrincə, hazırda Qərbin qarşısında Cənubi Qafqazda Rusiya Federasiyasına qarşı ikinci cəbhəni açmaq vəzifəsi durur. Bu məqsədə gedən yolda isə Rusiya, İran və Türkiyə arasında Astana müqavilələri ilə müəyyən edilmiş geosiyasi tarazlıq durur.
Və bu, təbii ki, Ermənistan-Azərbaycan münaqişəsidir. Belə ki, onun genişmiqyaslı müharibəyə çevrilməsi Qərbə bütün region ölkələrini bir-birinə sıxışdırmaqla bu tarazlığı pozmağa imkan verəcək. Bunu da Danielyan etiraf edir.
Ona görə, əgər Ermənistanla Azərbaycan arasında yeni müharibə başlayacağı təqdirdə qonşu dövlətlər, xüsusən də İran bu dəfə kənarda qalmayacaq.
Maraqlıdır ki, erməni politoloq əsas kimi, Ermənistanın Sünik bölgəsində və İranla sərhəddə hər hansı ərazi dəyişikliyinin yolverilməzliyi ilə bağlı Tehranın son bəyanatlarını nümunə kimi göstərir.
Amma, etiraf edək ki, Danielyan da bəzi erməni həmkaları kimi, bu gün regiondakı vəziyyətin son dərəcə təhlükəli olduğunu istisna etmir. Onun fikrincə, günü elə sabah bu ərazilərdə hətta Ukrayna müharibəsindən də böyük miqyaslı müharibə başlaya bilər.
…”Ermənistan rəhbərliyi isə artıq yeni müharibə perspektivi ilə Rusiya Federasiyasından ciddi hərbi-siyasi və iqtisadi asılılıq arasında kəsişmə nöqtəsindədir”-deyən erməni politolq bu müharibədə çox ciddi xarici oyunçuların marağı olduğunu da gizlətmir. Məsələn, onun fikrincə, ehtimal olunan müharibədə dünyadakı hegemonluğunu nə Çinə, nə də Rusiya Federasiyasına vermək istəməyən ABŞ-ın da böyük marağı olduğunu deyir.
Danielyana görə, Amerikanın Cənubi Qafqazda güc balansını pozmağa yönəlmiş strategiyası da məhz buradan qaynaqlanır.
Yeri gəlmişkən etiraf edək ki, indiki vəziyyətdə hər hansı bir yeni müharibənin başlaması guya Rusiyanın Cənubi Qafqazdan çıxarılması ilə nəticələnə biləcək deyənlərdə belə şübhə yeri qoyur. Əslində bu, yəni Rusiyanın bu regiondan çəkilməsi ehtimalı elə də inandırıcı görünmür.
…Əslində, bu gün, Ukraynadakı münaişə daxil olmaqla bütün yaşananlara baxmayaraq, “…Rusiya Federasiyası özü üçün riskləri minimuma endirmək və bütövlükdə Cənubi Qafqazda və hətta Mərkəzi Asiyada belə status-kvonu saxlamaq siyasəti aparır”.
Bunu isə Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan deyir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB