Moldovada fövqəladə vəziyyət daha 60 gün uzadılıb

Moldovada fövqəladə vəziyyət daha 60 gün uzadılıb

Rusiya Silahlı Qüvvələrin Ukraynaya hücumu ilə bağlı Moldovada fövqəladə vəziyyət daha 60 gün uzadılıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Moldovanın Baş naziri Natalya Qavrilitsa məlumat verib.

Onun sözlərinə görə, fövqəladə vəziyyət həm də enerji böhranı və qaçqın axınının idarə edilməsi zərurəti ilə bağlıdır.

"Loqistik əlaqələr pozulub. Bir çox ölkələrdə aclıq riski qalmaqdadır. Enerji qiymətləri yüksəlir, dünyada iqtisadi vəziyyət çox ağırdır. Ukrayna limanlarının bağlanması bizim idxal və ixracımıza təsir edir", - deyə N.Qavrilitsa əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə